Ermənistanda tibb işçiləri kütləvi şəkildə koronavirusa yoluxdu

ermenistanda-tibb-iscileri-kutlevi-sekilde-koronavirusa-yoluxdu
Oxunma sayı: 1892

Ermənistanın Gümrü şəhərində yerləşən xəstəxanada Maraliks Sağlamlıq Mərkəzinin 20 əməkdaşı, eləcə də müəssisənin direktoru müalicə olunur. “Qafqazinfo” bildirir ki, bunu “Sputnik Ermənistan”a mərkəzin direktoru Anuşik Ovsepyan danışıb.

Direktorun sözlərinə görə, bir həkim və bir tibb bacısına ikitərəfli pnevmoniya diaqnozu qoyulub. Mərkəzin bütün 20 əməkdaşında koronavirus aşkarlanıb.

Maraliks Sağlamlıq Mərkəzinə gəldikdə isə, o, iki həftəlik bağlanıb.