Ermənistanda vəziyyəti ağırlaşan koronavirus xəstələrinin sayı artdı

ermenistanda-veziyyeti-agirlasan-koronavirus-xestelerinin-sayi-artdi
Oxunma sayı: 1233

Ermənistanda koronavirus pandemiyası səbəbindən vəziyyəti ağırlaşan pasiyentlərin sayı artıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə naziri Arsen Torosyan brifinq zamanı deyib.

Onun sözlərinə görə, Covid-19 xəstələrindən 440-ı ağır vəziyyətdə, 55-i isə çox ağır vəziyyətdədir. 16 nəfər isə süni tənəffüs cihazına bağlıdır.

Qeyd edək ki, ötən gün Baş Nazir Nikol Paşinyan vəziyyəti ağır xəstələrin sayını 400 qeyd etmişdi. Bu gün Paşinyanın və ailə üzvlərinin də koronavirusa yoluxduğu məlum olub.