Ermənistanda yeni müxalif partiyanın rəhbəri saxlanıldı

ermenistanda-yeni-muxalif-partiyanin-rehberi-saxlanildi
Oxunma sayı: 774

Ermənistanda iki həftə öncə, mayın 27-də “Adekvaa” adlı müxalif partiya yaratmış Artur Danielyan saxlanılıb.

“Qafqazinfo”nun “aysor.am” saytına istinadən verdiyi xəbərə görə, onun hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasına səbəb kimi Baş Nazir Nikol Paşinyanı təhdid etməsi göstərilir. 

Hadisə ilə bağlı geniş açıqlama verilməyib.