Ermənistandakı həbslər insnaların küçələrə çıxmasına səbəb olub. Aksiyada polislə etirazçılar arasında qarşıdurma olub.
“Qafqazinfo” ANS TV-yə istinadən xəbər verir ki, Ermənistanı yenə etiraz dalğası bürüyüb. Paytaxt İrəvandakeçirilən aksiyalara Ermənistan hökumətinin ölkədə fəaliyyət göstərən müxalifət nümayəndələrinin kütləvi həbsləri səbəb olub.
Mövcud hakimiyyətin yürütdüyü siyasətdən narazı olanları həbs cəzası ilə susduran Ermənistan hökumətinə, əhali küçələrə çıxaraq etirazlarını bildirirlər.
Ermənistanın “Kavkazskiy Uzel” saytının məlumatına görə, “Yeni Ermənistan” hərəkatının fəalları aksiyanı, polis idarəsinin qarşısında təşkil ediblər.
Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma yaşanıb.
Aksiya iştirakçıları əsasısız həsblərin dayandırılmasını tələb ediblər. Bununla yanaşı hərəkat üzvlərinin fəallarından biri olan Syuzi Qrioqraynın döyülməsinə də etirazlarını bildiriblər.
Son xəbərlər
Son Xəbərlər