Ermənistanda yoluxanların sayı 33 mini keçdi

ermenistanda-yoluxanlarin-sayi-33-mini-kecdi
Oxunma sayı: 1185

Ermənistanda sutka ərzində daha 515 nəfər koronavirusa yoluxub.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, bununla da ölkədə COVID-19-a yoluxanların ümumi sayı 33 005-ə çatıb. Sutka ərzində daha 11 nəfərin ölümü ilə epidemiya qurbanlarının sayı 592 nəfərə yüksəlib.

Koronavirusa yoluxmuş 5 nəfər isə digər səbəblərdən vəfat edib (ümumilikdə 189).

Qeyd edək ki, martın 16-dan avqustun 12-dək Ermənistanda fövqəladə vəziyyət elan olunub.