Ermənistanda yoluxanların sayı yenə də artdı

ermenistanda-yoluxanlarin-sayi-yene-de-artdi
Oxunma sayı: 2695

Ermənistanda son sutka ərzində daha 2383 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə günlük yoluxma sayında yeni rekord qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bununla da Ermənistanda koronavirusa yoluxanların sayı 85 min 34 nəfərə çatıb.

Koronavirusdan günlük ölüm sayında da rekord yaşanıb. Daha 29 nəfərin vəfatı ilə koronavirusdan ölənlərin sayı 1272-yə çatıb.

Qeyd edək ki, Ermənistanda epidemiyaya görə, martın 16-dan etibarən tətbiq olunan fövqəladə vəziyyət rejimi 11 yanvar 2021-ci ilə qədər uzadılıb.