Ermənistanda yoluxma sayı 500-ü ötdü

ermenistanda-yoluxma-sayi-500-u-otdu
Oxunma sayı: 1316

Ermənistanda ötən gün ərzində daha 508 nəfər koronavirusa yoluxub.

"Qafqazinfo" xəbər verir ki, bununla ölkədə virusa yoluxanların ümumi sayı 174 min 257-yə çatıb.

Son sutka ərzində koronavirusdan 4 nəfərin həyatını itirməsi ilə virusdan ölənlərin sayı 3219-a çatıb. Xəstəlikdən sağalanların sayı 164 min 654 nəfər təşkil edir.

Ölkədə 11 iyul 2021-ci il tarixinə qədər davam edəcək karantin rejimi tətbiq olunub.