Ermənistanda yüksək rütbəli hərbçi saxlanılıb

ermenistanda-yuksek-rutbeli-herbci-saxlanilib
Oxunma sayı: 1595

Ermənistan Silahlı Qüvvələrinin Raket qoşunları və artilleriya idarəsinin keçmiş rəisi, general-mayor Armen Arutyunyan saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

İstintaq zamanı məlum olub ki, Armen Arutyunyan qəbul komissiyasının sədri olaraq Müdafiə Nazirliyi və Ermənistan şirkətlərindən biri arasında bağlanmış müqaviləyə uyğun gəlməyən əmlakın qəbulunda iştirak edib. 

O, hazırda külli miqdarda vəsaitin mənimsənilməsində şübhəli bilinir.