Ermənistanda zəlzələ oldu

ermenistanda-zelzele-oldu
Oxunma sayı: 2349

Ermənistanda 2,4 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, saat 18:57-də ərazi seysmik mühafizə xidmətinin seysmoloji şəbəkəsi Qeqarkunik rayonunun Şorja kəndindən 2 kilometr aralıda zəlzələ qeydə alıb.

Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib, yeraltı təkanların gücü 3 bal olub.

Zəlzələ Çəmbərək və Şorjada 2-3 bal gücündə hiss olunub.