Ermənistanda zəlzələ oldu, Azərbaycanda da hiss edildi

ermenistanda-zelzele-oldu-azerbaycanda-da-hiss-edildi
Oxunma sayı: 2967

Yerli vaxtla saat 19:36-da Ermənistan ərazisində Göyçə gölünün yanında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

"Qafqazinfo" Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ Azərbaycanın sərhəd rayonlarında Qazax,Tovuz, Gədəbəy,Gəncədə 5-4 bal, digər rayonlarda isə 4-3 bala qədər hiss olunub.