Ermənistanda zəncirvari qəza, 20 avtomobil toqquşdu - Video

ermenistanda-zencirvari-qeza-20-avtomobil-toqqusdu
Oxunma sayı: 2833

Ermənistanda bu gün səhər saatlarında zəncirvari qəza qeydə alınıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, qəza Sevan-İrəvan avtomobil yolunda baş verib.

Hadisə zamanı 20-yə yaxın avtomobil toqquşub. Bəzi avtomobillər ağaclara çırpılıb.

Hadisə yerinə fövqəladə vəziyyət briqadaları, həkim və polis əməkdaşları cəlb olunub.

Qəzaya səbəb qeyri-sabit hava şəraiti, qar olub.