Ermənistandakı seçkiləri bu ölkələrin müşahidəçiləri izləyəcək

ermenistandaki-seckileri-bu-olkelerin-musahidecileri-izleyecek
Oxunma sayı: 1600

Ermənistanda erkən parlament seçkilərini izləmək üçün 13 ölkənin rəsmi nümayəndəsi Yerevana gələcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin rəsmi saytında deyilir. Müşahidəçilər Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Ukrayna, Moldova, Tacikistan, Özbəkistan, Türkmənistan, Gürcüstan, Latviya, Estoniya, Litva, Avropa Seçki Təşkilatları Assosiasiyasından, Dünya Seçki Təşkilatları Assosiasiyasından olacaq.

Səfər proqramında nəzərdə tutulan mərasimlərin və digər tədbirlərin təşkili və keçirilməsi, hava limanında nümayəndə heyətlərinin qarşılanması və onlara xidmətlə əlaqədar Ermənistan büdcəsindən 7 milyon 110 min dram (təxminən 13,5 min dollar) vəsait ayrılıb.