“Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır”

“Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır”
Oxunma sayı: 1133

“Ermənistandan fərqli olaraq Azərbaycan beynəlxalq öhdəliklərinə ciddi yanaşır və hərbi əməliyyatlar zamanı törədilmiş cinayətlərlə bağlı iddialar müvafiq dövlət orqanları tərəfindən araşdırılır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva tviter səhifəsində yazıb.

“Lakin Ermənistan çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb edilməsi üçün hələ heç bir addım atmayıb”, - L.Abdullayeva vurğulayıb.