“Ermənistandan fərqli olaraq, Azərbaycan gərginlikdə maraqlı deyil”

ermenistandan-ferqli-olaraq-azerbaycan-gerginlikde-maraqli-deyil
Oxunma sayı: 1316

“Ermənistan tərəfi eyni ssenarini təkrarlayır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan XİN-in rəsmi sözçüsü Leyla Abdullayeva öz rəsmi tviter hesabında yazıb.

Onun sözlərinə görə, Ermənistan atəşkəsi pozur, Azərbaycan tərəfi adekvat tədbirlər gördükdə qarşı tərəfdən ittihamlar səsləndirilir. 

O bildirib ki, bu, Ermənistanın danışıqları pozmaq üçün yeni bəhanəsidir: “Ermənistandan fərqli olaraq, Azərbaycan gərginlikdə maraqlı deyil”.