Ermənistandan gələn dəvət...

ermenistandan-gelen-devet
Oxunma sayı: 2325


“Qafqazinfo” xəbər verir ki, Virtualaz.org saytı erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın elm və təhsil naziri Armen Aşotyan deyib. A.Aşotyanın sözlərinə görə, Bolonya sisteminə dair IV Forum mayın 14-15-də Ermənistanda ilk dəfə keçiriləcək. Tədbirə 147 ölkədən nümayəndələr və çoxsaylı beynəlxalq təşkilatların təmsilçiləri dəvət olunub. 20 ölkənin təhsil nazirlərinin də forumda iştirakı nəzərdə tutulub və onlara dəvətnamə göndərilib.

Ermənistanın elm və təhsil naziri əlavə edib ki, Azərbaycan və Türkiyə də foruma dəvət alan ölkələr sırasındadır. “Türkiyə bu forumda nazir səviyyəsində təmsil olunacaq. Azərbaycandan isə biz bu dəvətə təəssüf ki, hələ heç bir cavab almamışıq” - deyə A.Aşotyan bildirib.