Bir neçə ölkə Ermənistandan kosmosda olan peyklərini geri qaytarmağı tələb edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Joxovurd” qəzeti yayıb.
Bildirilir ki, sözügedən peyklər digər ölkələrin kosmik aparatlarının işinə mane olur:
“Xarici dövlətlər Baş nazir Nikol Paşinyana müraciət ediblər. Buna səbəb kimi isə “Hayasat-1” və “Armsat-1” peyklərinin buraxılışının qeyri-professional olması göstərilib. Yaranmış vəziyyətlə əlaqədar olaraq, Ermənistanın yüksək texnologiyalar sənayesi nazirinin müavini Avet Poqosyan istefa verib”.