Ermənistandan sığınacaq istəyən azərbaycanlının adı açıqlandı- - Erməni mətbuatı

ermenistandan-siginacaq-isteyen-azerbaycanlinin-adi-aciqlandi-
Oxunma sayı: 3552


“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Bakı şəhər sakini olan 1976-cı il təvəllüdlü Cavid Orucov, 1983-cü il təvəllüdlü həyat yoldaşı Röyə Mirzəyevə və uç uşağı ilə birgə Ermənistan-Gürcüstan sərhədinə gələrək qarşı tərəfə keçmək üçün müraciət edib. 

Azərbaycan vətəndaşı öz qərarını onunla açıqlayıb ki, o, ölkəsində təqiblə üzləşir. Orucov bildirib ki, xüsusən də erməni əsilli xanımla evləndikdən sonra xüsusi xidmət orqanlarının təzyiqi ilə üzləşməyə başlayıb. Təqiblərə dözə bilmədiyini deyən Orucov guya sonunda məcbur qalaraq Azərbaycan xüsusi xidmət orqanları ilə razılığa gələrək həyat yoldaşının xaricdə yaşayan qohumları vasitəsilə Ermənistan Diasporası ilə bağlı məlumatları onlara ötürüb. 

Məlumatda daha sonra deyilir ki, yaşamaq üçün Avropa ölkələrindən birinə müraciət edən Orucovun bu addımından sonra Azərbaycan tərəfindən təzyiqlər artır və sonda sığınacaq üçün Ermənistana müraciət etməli olur. 

Bu arada Ermənistan Xarici İşlər Nazirliyi də məlumatı təsdiqləyib. 

Hələlik Azərbaycanın rəsmi qurumları sözügedən hadisə ilə bağlı açıqlama verməiblər.