Ermənistan-Türkiyə sərhədini keçmək istəyən Yaqub Məhəmməd Əbdülkavi Əl-Batali adlı ərəb həbs edilib.
“Qafqazinfo” Ermənistan KİV-nə istinadən xəbər verir ki, Yaqub 9 ay azadlıqdan məhrum olunub. O, bu ilin fevralında daimi yaşayış üçün Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Yerevana gedib.
Ancaq Əl-Batali aprelin 26-da Araz çayını keçərək Türkiyəyə getmək istəyib. Sənədləri qaydasında olmayan Yaqubu Rusiya hərbçiləri saxlayıb.
Ötən gün keçirilən məhkəmə isə BƏƏ vətəndaşını həbsə məhkum edib.
Son xəbərlər
Son Xəbərlər