Ermənistanı BRICS sammitində Paşinyan təmsil edəcək

ermenistani-brics-sammitinde-pasinyan-temsil-edecek
Oxunma sayı: 1734

Ermənistanın Baş naziri Nikol Paşinyan Kazanda keçiriləcək BRICS sammitində ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “News.am” yayıb. 

Bununla yanaşı, Paşinyanın sözügedən sammitdə iştirakını Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının rəhbəri Sargis Xandanyan da təsdiq edib.

Xatırladaq ki, BRICS sammiti oktyabrın 22-24-də baş tutacaq.