Ermənistanı tərk edib geri qayıtmayanların sayı açıqlandı

ermenistani-terk-edib-geri-qayitmayanlarin-sayi-aciqlandi
Oxunma sayı: 2238

“Yüz minlərlə vətəndaş Ermənistanı tərk edib və geri qayıtmayıb. Bu, sadəcə rəqəm deyil. Bu, xalqın öz dövlətini tərk etməsi, ondan üz döndərməsidir”.

“Qafqazinfo” xəbər verir ki, bunu erməni deputat Elinar Vardanyan deyib.

O bildirib  ki, Ermənistan pasportu ilə ölkəni tərk edib, geri dönməyənlərin sayı 10 il ərzində 291 327 nəfər olub:

“Bu müddət ərzində, yalnız 2020-ci ildə gələnlərin sayı gedənlərin sayını 42 786 nəfər üstələyib ki, bu da COVID epidemiyasının qlobal məhdudiyyətləri ilə əlaqədardır. Təkcə son üç ildə 138 024 vətəndaşı ölkəyə qayıtmayıb”.

Deputat bildirib ki, bununla bərabər yüz minlərlə həmyerlisi “Green Card” arzusundadır:

“Ermənistandan “Green Card” üçün müraciət edənlərin faizi Gürcüstan və Azərbaycandan müraciət edənlərin sayından dəfələrlə çoxdur. Bu, hətta mühacirət deyil, bu, vətəndaşın dövləti kütləvi xarakter daşıyan rədd etmək qərarıdır”.

Deputat baş verənlərin səbəblərini belə izah edib:

“Onların dövlətimizə, gələcəyinə əminlikləri yoxdur. İnsanlarımız gələcək həftəsini, ayı, heç ilini də planlaşdıra bilmir. Sabaha güman yoxdur”.

O bildirib ki, gənc nəslin getmək istəyinin geniş vüsət alması qorxuludur:

“Mən heç kimi qınamıram, buna haqqım da yoxdur. Mən sadəcə olaraq təhlükəni bildirirəm. Bugünkü hökumətin riskli və perspektivsiz siyasəti şəraitində övladlarınızı Ermənistanda saxlamaq son dərəcə çətin qərardır. Ya ölkə daxilində və ətrafında reallığı dəyişmək, ya da ciddi təhlükəsizlik problemləri ilə üzləşən Ermənistanın əhalisinin azalmasına uyğunlaşmaq lazım gələcək. Həll yollarını tapmaq indi hamımızın borcudur. Ermənilərsiz Ermənistan kimə lazımdır?”