Ermənistanın baş naziri Azərbaycanla sərhəddə- - Fotolar

ermenistanin-bas-naziri-azerbaycanla-serhedde-
Oxunma sayı: 1447


“Qafqazinfo”Virtualaz.org saytına istinadən xəbər verir ki, yolun tikintisini aparan şirkətin nümayəndələri Ovik Abramyana şikayətləniblər və Azərbaycan tərəfinin açdığı atəşlər üzündən tikintinin ləngidiyini deyiblər.

Ermənilər Paravakarla Vazaşen arasında alternativ yolun tikintisini əvvəlki yolun Azərbaycan ordusunun mövqelərinin atəşi altında olması səbəbindən tikirlər.

Yolun atəşə tutulması Ermənistanın iki yaşayış məntəqəsi arasında əlaqənin kəsilməsinə İrəvana gedən yolun bağlanmasına səbəb olub.

Yeni yol da Azərbaycan mövqelərinin atəş məsafəsindədir, lakin əvvəlkinə nisbətən daha uzaqdır.

Ermənilər yeni yolu iyunun 30-da istifadəyə verməyi planlaşdırırdılar. Amma inşaatçılar deyirlər ki, Azərbaycan tərəfindən açılan atəşlər buna imkna verməyib.

“Əvvəl az atırdılar, indi atışma intensivləşib. Bu səbəbdən işləmək çətindir. Azərbaycan tez-tez texnikanı dəqiq nişan alır. Görəndə ki işləməyə başladıq, dərhal atırlar” - deyə inşaatçılardan biri baş nazirə bildirib.

Yeni yolun uzunluğu 3 kilometrdən çoxdur. İki ən riski sahədə Azərbaycan ordusunun atəşlərindən qorunmaq üçün 3 metr hündürlüyündə divar tikiblər.

Xatırladaq ki, Ermənistan ordusu son vaxtlar Azərbaycanın Tovuz rayonunun sərhəd kəndlərini intensiv atəşə tutur. Nəticədə yaşayış evlərinə ziyan dəyir, mal-qara tələf olur və mülki sakinlər yaralanır. Azərbaycan ordusu ermənilərin bu atəşlərinə dərhal sərt cavab vermək əmri alıb.