Ermənistanın Baş Qərargahı daha bir bəyanat yaydı

ermenistanin-bas-qerargahi-daha-bir-beyanat-yaydi
Oxunma sayı: 2948

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı növbəti bəyanatla çıxış edib.

“Qafqazinfo”nun məlumatına görə, bəyanatda bildirilib ki, Baş nazir Nikol Paşinyanın istefasına çağıran hərbi bəyanat heç kimin təzyiqi altında edilməyib.

“Bu, hədəfləri eyni olan generalların və zabitlərin açıq bir inamı və mövqeyidir - hansıların ki, tək məqsədi vətənin xilasına xidmət etməkdir. Biz dəqiq mövqeyimizi bir daha təsdiqləyirik”,- deyə müraciətdə qeyd olunub.