Ermənistanın daha bir pilotsuz uçan aparatı məhv edildi

ermenistanin-daha-bir-pilotsuz-ucan-aparati-mehv-edildi
Oxunma sayı: 1563

Ermənistan Silahlı Qüvvələrinin növbəti pilotsuz uçan aparatı məhv edilib

"Qafqazinfo"ya Müdafiə Nazirliyindən daxil olan məlumata görə, cəbhənin Ağdam rayonu istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus ilkin ehtimala görə "Krunk-25" tipli taktiki pilotsuz uçan aparatı (PUA) Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunaraq atəş nəticəsində məhv edilib.