Ermənistanın ekologiyamıza vurduğu ziyan nümayiş etdirildi

ermenistanin-ekologiyamiza-vurdugu-ziyan-numayis-etdirildi
Oxunma sayı: 2412

Ermənistanın Azərbaycan ekologiyasına vurduğu ziyan Beynəlxalq Ədalət Məhkəməsində nümayiş olunub.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev tviter hesabında paylaşım edib.

O vurğulayıb ki, Laçın yolunun bağlanmasını sübut edən real faktlar yoxdur. Ermənistan Azərbaycandan fərqli olaraq, vəziyyəti yaxşılaşdırmaq üçün dialoqa can atmır.

Qeyd edək ki, bu gün Azərbaycan tərəfi Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Qarabağda qeyri-qanuni iqtisadi fəaliyyəti nətcəsində Azərbaycanın ekologiyasına vurduğu böyük ziyanı nümayiş etdirib.