Ermənistanın ən böyük mobil operatoru Qarabağda xidməti dayandırır

ermenistanin-en-boyuk-mobil-operatoru-qarabagda-xidmeti-dayandirir
Oxunma sayı: 4149

Ermənistanın ən böyük mobil operatoru “Viva-MTS” Qarabağdakı ermənilər üçün xidməti dayandırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

“İyulun 1-dən Qarabağda yaşayan ermənilər yalnız rouminq çərçivəsində mobil operatorun xidmətindən istifadə edə biləcəklər. Rouminq xidmətinin tarifləri barədə əlavə məlumat veriləcək”, - məlumatda deyilir.