“Ermənistanın əsas məqsədi tanınmamış Dağlıq Qarabağ Respublikasının beynəlxalq aləmdə tanınmasıdır”.
“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən məlumatına görə, bu barədə işğalçı Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib.
“Bu, bizim məqsədimizdir və biz ona çatacağıq. BMT-nin əsas məqsədlərindən biri öz müqəddaratını təyinetmə hüququdur. Məsələn, heç kim Qarabağ xalqına Şərqi Timorun İndoneziyanın tabeliyindən çıxmaq üçün 1999-cu ildə BMT-nin vasitəçiliyi ilə niyə referendum keçirdiyini deyə bilməz. 1991-ci ildə referendum keçirən Dağlıq Qarabağın əhalisi isə öz taleyini həll edə bilmir. Və Avropada heç kim Qarabağ sakinlərinə sübut edə bilməz ki, Kosovo sakinləri ilə müqayisədə onların öz müqəddaratını təyinetmək hüququ daha azdır”, - deyə E. Şarmazanov söyləyib.
Xatırladaq ki, Azərbaycan XİN-nin mətbuat xidməti məlum qanun layihəsi ilə bağlı yaydığı bəyanatda qeyd etmişdi ki, bu cür addımlarla Ermənistan rəhbərliyi həm də özünün təcavüzkar və işğalçı siyasətinin aşkar uğursuzluğuna haqq qazandırmağa və öz daxili siyasi ambisiyaları naminə erməni cəmiyyətinin hərbi və ekstremist mövqe tutan ayrı-ayrı dairələrinin tələblərini təmin etməyə çalışır.
Son xəbərlər
Son Xəbərlər