“Qafqazinfo” xəbər verir ki, bunu APA-nın sorğusuna cavab olaraq “Eurovision” Mahnı Müsabiqəsinin təşkilati işlər rəhbəri Sietse Bakker deyib.
S. Bakker “Do not Deny” mahnısının “erməni soyqırımı” iddialarına həsr olunması barədə məlumatı şərh edərkən bildirib ki, Ermənistanın İctimai Televiziyası (AMPTV) həqiqətən sözügedən mahnını müsabiqəyə çıxaracağını elan edib: “Lakin bildiyimə görə, onlar bu mahnının soyqırımı məsələsi ilə əlaqəli olduğunu bəyan etməyiblər. Bu fikir mətbuat tərəfindən irəli sürülüb. Biz mahnını dinləyəcəyik və onun qaydalarla uyğun olub-olmadığını yoxlayacağıq. Çünki müsabiqədə heç bir siyasi bəyanatlar və jestlərə icazə yoxdur”.
Son xəbərlər
Son Xəbərlər