Ermənistanın futbol klubunda kütləvi yoluxma

ermenistanin-futbol-klubunda-kutlevi-yoluxma
Oxunma sayı: 1612

Ermənistanın "Lori" futbol klubunun oyunçuları və məşqçi heyəti arasında koronavirusa kütləvi yoluxma halı aşkarlanıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb. Açıqlamada klubun məşqçi heyəti və futbolçular daxil olmaqla ümumilikdə 17 nəfərin koronavirusa yoluxduğu bildirilib.

"PCR testləri müsbət nəticə göstərib. Məxfiliyin qorunması məqsədilə xəstələrin adları açıqlanmayacaq",-deyə açıqlamada bildirilib. 

Klubda çalışan bütün heyət karantinə alınıb.