Ermənistanın Hərbi Kəşfiyyat İdarəsinin rəisi vəzifədən azad olundu

ermenistanin-herbi-kesfiyyat-idaresinin-reisi-vezifeden-azad-olundu
Oxunma sayı: 2575

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, Hərbi Kəşfiyyat İdarəsinin rəisi Araik Arutyunyan tutduğu vəzifədən azad edilib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, müvafiq əmri prezident səlahiyyətlərini icra edən Alen Simonyan verib.

Bildirilir ki, Arutyunyan yeni vəzifəyə təyin olunub. Onun hansı vəzifəyə gətirildiyi hələlik məlum deyil. 

Qeyd edək ki, general-mayor Araik Arutyunyan 2021-ci ilin avqustunda Baş Qərargahın Hərbi Kəşfiyyat İdarəsinin rəisi və Baş Qərargah rəisinin müavini təyin edilib.