Ermənistanın hərbi kəşfiyyatına yeni rəis təyin edildi

ermenistanin-herbi-kesfiyyatina-yeni-reis-teyin-edildi
Oxunma sayı: 1906

Ermənistan Prezidenti Armen Sarkisyan ölkənin Silahlı Qüvvələrində kadr dəyişikliyi edib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, general-mayor Araik Arutyunyan Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin sədri və Silahlı Qüvvələrin Baş Qərargahının rəis müavini təyin olunub. 

Araik Arutyunyan eyni zamanda 2-ci ordu korpusunun komandiri vəzifəsindən azad edilib. Bununla yanaşı, Vaqram Qriqoryan 2-ci ordu korpusunun komandiri təyin olunub. 

A.Sarkisyanın digər bir sərəncamı ilə general-mayor Arakel Martikyan hərbi kəşfiyyatın rəisi vəzifəsindən azad edilib.