Ermənistanın imtina etdiyi hərbi təlimlər bu ölkədə keçiriləcək

ermenistanin-imtina-etdiyi-herbi-telimler-bu-olkede-kecirilecek
Oxunma sayı: 1797

KTMT-nin Ermənistan ərazisində keçirməyi planlaşdırdığı “Sarsılmaz qardaşlıq” adlı təlimləri Qırğızıstanda baş tutacaq.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı KTMT-nin Birləşmiş Qərargah rəisi, general-polkovnik Anatoli Sidorov açıqlayıb. 

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan yanvarın 10-u keçirdiyi mətbuat konfransında bildirib ki, ölkəsi bu il KTMT təlimlərinə ev sahibliyi etməkdən imtina edib. Paşinyan qeyd edib ki, Ermənistan bu il ölkədə KTMT-nin təlimlərinin keçirilməsini məqsədəuyğun hesab etmir.