Ermənistanın keçmiş Baş nazirinə qarşı ittihamlar irəli sürüldü

ermenistanin-kecmis-bas-nazirine-qarsi-ittihamlar-ireli-suruldu
Oxunma sayı: 1320

Ermənistanın keçmiş Baş naziri Ovik Abramyana qarşı ittiham irəli sürülüb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Abramyan külli miqdarda çirkli pulların yuyulmasında, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və qanunsuz sahibkarlıq fəaliyyəti göstərməkdə ittiham olunur.

Məlumata görə, Abramyan bir qrup şəxs vasitəsilə “Avazaatik” şirkətinin idarə edilməsində iştirak edib, şirkət vasitəsilə cinayət yolu ilə əldə etdiyi əmlakları leqallaşdırıb.