Ermənistanın keçmiş Baş Qərargah rəisinə cinayət işi açıldı

ermenistanin-kecmis-bas-qerargah-reisine-cinayet-isi-acildi
Oxunma sayı: 1723

Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general-polkovnik Movses Akopyana qarşı ittiham irəli sürülərək cinayət işi açılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Akopyan “Sputnik Armeniya”ya açıqlamasında bildirib.

Cinayət işi Milli Təhlükəsizlik Xidməti tərəfindən Ermənistan Cinayət Məcəlləsinin 306-cı maddəsi (dövlət sirri sayılan məlumatların yayılması) üzrə başladılıb.

General daha əvvəl MTX-da dindirildiyini söyləyib. Ona qarşı yaşayış yerini tərk etməməklə bağlı qabaqlayıcı tədbir görülüb.

Qeyd edək ki, Akopyan ötən ilin noyabrında keçirdiyi mətbuat konfransında səs-küylü açıqlamalar vermişdi.