Ermənistanın keçmiş XİN rəhbəri yeni işi ilə gündəmə gəldi

ermenistanin-kecmis-xin-rehberi-yeni-isi-ile-gundeme-geldi
Oxunma sayı: 6462

Ermənistanın keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan ölkənin istirahət mərkəzlərinin birində çalışmağa başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Hraparak” qəzeti yayıb.

Qəzetin əldə etdiyi məlumata görə, Mnatsakanyan Enokavan bölgəsində yerləşən “Apaga Resort” istirahət kompleksində menecer işləyir.

Jurnalistlər keçmiş nazirlə əlaqə yaratmağa çalışsa da, buna nail olmayıblar. Nazirin yeni işi ilə bağlı məlumatlar ölkə mediasında marağa səbəb olub.

Xatırladaq ki, 56 yaşlı Zöhrab Mnatsakanyan 2018-2020-ci illərdə Ermənistanın xarici işlər naziri olub. Erməni mediası onun hələ də cari ölkə rəhbərliyi ilə təmasda olduğunu iddia edir.