“Ermənistan KTMT-dən çıxa bilər, bu ehtimalı istisna etmək olmaz”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib.
“Heç nəyi istisna etmək olmaz”, - deyə Simonyan jurnalistlərin sualına cavab verərkən deyib.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə bildirib ki, ölkəsi KTMT-də iştirakını dondurub.