“Ermənistanın KTMT ilə bağlı mövqeyini aydınlaşdıracağıq”

ermenistanin-ktmt-ile-bagli-movqeyini-aydinlasdiracagiq
Oxunma sayı: 1942

“Kreml Ermənistanın KTMT ilə bağlı mövqeyini aydınlaşdıracaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu “Zvezdanews”a müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. 

“Biz erməni doslarımızla işləməyə davam edəcəyik, onların mövqeyini aydınlaşdıracağıq. Rusiya tərəfdaşlıq və müttəfiqli münasibətlərininə sadiq qalmağa davam edəcək. Düşünürəm ki, erməni həmkarlarımız da bunda maraqlıdırlar”, - deyə Peskov qeyd edib.

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 12-də parlamentdə çıxışı zamanı ölkəsinin KTMT-ni tərk edəcəyini açıqlayıb. Onu da qeyd edək ki, Paşinyan cari ilin fevralında İrəvanın KTMT-də iştirakını dondurduğunu açıqlamışdı. Mart ayında isə o bildirib ki, Ermənistan İrəvan tərəfindən ölkənin suveren əraziləri barədə qaldırılan məsələlərə təşkilat tərəfindən cavab almazsa KTMT-ni tərk edəcək. Bununla belə, Ermənistan bu açıqlamalardan daha əvvəl təşkilatın tədbirlərində iştirakını dayandırıb.