Ermənistanın müdafiə naziri Fransaya getdi

ermenistanin-mudafie-naziri-fransaya-getdi
Oxunma sayı: 2292

Ermənistanın müdafiə naziri Suren Papikyan Fransaya işgüzar səfərə gedib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Qeyd olunur ki, Papikyan bu ilin fevralında da Fransaya səfər etmişdi. Fevralın 23-də isə İrəvanda Parislə gələcək hərbi-texniki əməkdaşlığa dair sənədlər imzalanmışdı. Eyni məkanda oxşar müqavilələr 2023-cü ilin oktyabrında da bağlanıb.