Ermənistanın müdafiə naziri Gürcüstanda səfərdədir

ermenistanin-mudafie-naziri-gurcustanda-seferdedir
Oxunma sayı: 1811

Ermənistanın müdafiə naziri Suren Papikyan Gürcüstana rəsmi səfərə yollanıb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Papikyan Gürcüstana 2 günlük səfər çərçivəsində gürcü həmkarı Cuanşer Burçuladze ilə danışıqlar aparacaq.

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da bu yaxınlarda Gürcüstana səfər etmişdi.