Ermənistanın Müdafiə nazirinin müavini də yoluxub

ermenistanin-mudafie-nazirinin-muavini-de-yoluxub
Oxunma sayı: 1491

Ermənistan Müdafiə nazirinin müavini Qabriel Balayan koronavirusa yoluxub.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan bu gün keçirilən iclasda açıqlama verib. O Balayanın koronavirusa yoluxması səbəbindən iclasda iştirak edə bilmədiyini bildirib.

Qeyd edək ki, Ermənistanda koronavirus pandemiyası səbəbiylə martın 16-dan tətbiq olunan fövqəladə vəziyyət rejimi iyulun 13-dək uzadılıb.

Ölkədə yığıncaqlar və mitinqlərin keçirilməsi qadağan olunub, məcburi maska ​​rejimi tətbiq olunur. Nazirlər Kabineti artıq fövqəladə vəziyyət rejimini yenidən uzatmaq niyyətində olduğunu bildirib.