“Ermənistanın NATO sammitində iştirakından təəssüflənirik”

ermenistanin-nato-sammitinde-istirakindan-teessuflenirik
Oxunma sayı: 3865

“Rusiya Ermənistanın NATO sammitində iştirakından təəssüf hissi keçirir”.

“Qafqazinfo” “Kommersant”a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib. 

Onun sözlərinə görə, İrəvan problemlərin müzakirəsinə konstruktiv yanaşmadan uzaqlaşıb: “Vurğulamaq istəyirəm ki, Ermənistan KTMT üzvü olaraq qalır, hərbi və hərbi-texniki sahələrdə çoxsaylı ikitərəfli razılaşmaların iştirakçısıdır. Təəssüf ki, onlar İrəvanın narahatlıqlarını müzakirə etmək üçün konstruktiv yanaşma əvəzinə, başqa yol seçdilər”.

Qaluzin, həmçinin qeyd edib ki, Ermənistanla NATO əməkdaşlığının dərinləşdirilməsi Cənubi Qafqazda sabitliyi poza bilər. 

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan NATO sammitində iştirak etmək üçün Vaşinqtonda səfərdədir.