David Arakelyan Ermənistanın Prezident Administrasiyasının yeni rəhbəri olub.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam müvəqqəti prezident – parlamentin spikeri Alen Simonyan imzalayıb.
Prezident Administrasiyasının keçmiş rəhbəri Emil Tarasyan yanvarın 23-də Armen Sarkisyanın ardınca istefa verib.
Fevralın 1-də prezident Armen Sarkisyanın səlahiyyətlərinə yanvarın 23-də istefasından sonra rəsmən xitam verilib. Vətəndaş Müqaviləsi partiyası yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçaturyanı prezidentliyə yeni namizəd kimi irəli sürüb.
Son xəbərlər
Son Xəbərlər