Ermənistanın sabiq deputatı Rusiyada saxlanıldı

ermenistanin-sabiq-deputati-rusiyada-saxlanildi
Oxunma sayı: 2393

Ermənistan parlamentinin sabiq deputatı, “Alyans” partiyasının rəhbəri Tiqran Urixanyan Rusiyada saxlanılıb. 

“Qafqazinfo” “NEWS.am”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyan açıqlayıb. 

Onun sözlərinə görə, Urixanyan axtarışa verilib və onun barəsində Ermənistan Cinayət Məcəlləsinin 442-ci maddəsi (vəzifəli şəxsin qanunsuz olaraq sahibkarlıq fəaliyyətində iştirakı) əsasında cinayət işi başladılıb.