Ermənistanın səhiyyə naziri istefa verdi

ermenistanin-sehiyye-naziri-istefa-verdi
Oxunma sayı: 817

Ermənistanın səhiyyə naziri Arsen Torosyan istefa məktubu yazıb. 

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Ermənistan Prezidentinin ofisi Baş nazir Nikol Paşinyandan Torosyanın istefası üçün təklif aldıqlarını təsdiqləyib.

“Sənəd bu gün alınıb, lakin hələ imzalanmayıb”,- deyə açıqlamada bildirilib.

Ermənistan mediasında Torosyanın yaxın vaxtlarda istefası barədə şayiələr gəzməsinə baxmayaraq, Səhiyyə Nazirliyi dəfələrlə bu məlumatları təkzib edib. KİV Torosyanın Eduard Ağacanyanın əvəzinə hökumət aparatının rəhbəri təyin ediləcəyini və onun yerinə “Mənim adımım” blokundan vəkil Narek Zeynalyanın təyin olunacağını bildirir.

İstefa səbəbinin Paşinyanla fikir ayrılığının olduğu iddia olunur. İddialara görə, Paşinyanla Torosyanın heyəti arasındakı görüş zamanı Torosyan rəhbərlikdəki uğursuzluq və müharibədəki məğlubiyyətdən sonra Baş nazirin özünün istefa etməli olduğunu bildirib.