“Ermənistan Respublikasının yeni konstitusiyaya ehtiyacı var”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş Naziri Nikol Paşinyan ölkənin Ədliyyə Nazirliyinin əməkdaşları ilə görüşündə deyib.
Onun sözlərinə görə, bu məsələ geniş müzakirə mövzusu olmalıdır: “Ermənistana konstitusiyaya düzəlişlər deyil, yeni konstitusiya lazımdır. Ölkə Ermənistan xalqı tərəfindən səsvermə nəticəsində qəbul edilən, şübhə yaratmayan konstitusiyaya sahib olmalıdır”.
Son xəbərlər
Son Xəbərlər