Ermənistanın yeni prezidenti ilk səfərinə hazırlaşır

ermenistanin-yeni-prezidenti-ilk-seferine-hazirlasir
Oxunma sayı: 3850

Ötən gün vəzifəsinin icrasına başlayan Ermənistanın yeni prezidenti Armen Sarkisyan yaxın günlərdə Moskvaya rəsmi səfər etməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə prezident özü Rusiya KİV-nə müsahibəsi zamanı deyib:

“Təbii ki, ən yaxın zamanda Moskvaya Ermənistan prezidenti kimi səfər etməkdə maraqlıyam. Ənənəvi olaraq Ermənistan rəhbərləri ilk rəsmi səfərlərini məhz Moskvaya edirlər. Hələ ki, dəqiq tarix yoxdur”.