Ermənistanın yeni XİN rəhbəri Lavrovla görüşə gedir

ermenistanin-yeni-xin-rehberi-lavrovla-goruse-gedir
Oxunma sayı: 1792

Rusiya və Ermənistan xarici işlər nazirləri arasında görüş olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi saytında məlumat verilib.

Bildirilir ki, avqustun 31-də Moskvada Rusiya və Ermənistan XİN rəhbərləri Sergey Lavrovla Ararat Mirzoyan arasında görüş baş tutacaq.

Görüşdə Qarabağla bağlı üçtərəfli bəyanatın icrası məsələləri, Cənubi Qafqazda iqtisadi və nəqliyyat xətlərinin açılması, eləcə də ikitərəfli münasibətlər müzakirə olunacaq.

Bu, Ermənistan XİN başçısının bu vəzifəyə təyin olunmasından sonra ilk xarici səfəridir.

Qeyd edək ki, A. Mirzoyan Ermənistan parlamentinin keçmiş sədridir. O, cari ilin iyulunda ölkənin XİN rəhbəri təyin olunub.