“Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır”

ermenistanin-yerlesdirdiyi-minalar-ciddi-problem-olaraq-qalir
Oxunma sayı: 936

“Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində paylaşım edib.

“Bu gün baş verən partlayış nəticəsində 29 yaşlı mülki şəxs ağır yaralanıb.

2020-ci ilin noyabr ayından indiyədək 346 azərbaycanlı mina qurbanı olub.

Ermənistan müxtəlif bəhanələrlə dəqiqləşdirilmiş mina xəritələrini verməkdən imtina edir”, - paylaşımda qeyd olunub.