Ermənistanla ABŞ birgə hərbi təlim keçirəcək

ermenistanla-abs-birge-herbi-telim-kecirecek
Oxunma sayı: 4164

Bu ay Ermənistanda ABŞ ilə birgə hərbi təlimlər keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb. 

Bildirilir ki, “EAGLE PARTNER 2024” adlı təlimlər iyulun 15-dən 24-nə qədər baş tutacaq. 

Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının, eləcə də ABŞ-nin Avropa və Afrikadakı Quru Qoşunlarının və Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcək.