Ermənistan-Gürcüstan sərhədində, Bavra kəndindən 15 kilometr şimal-şərqdə 2,6 bal gücündə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, zəlzələ saat 21:26-da baş verib, ocağı 10 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar Şirak rayonunun Bavra, Saraqyux yaşayış məntəqələrində (3 bal), Taşir şəhərində, Ermənistanın Lori rayonunun Metsavan, Sarçapet kəndlərində (2-3 bal) hiss olunub.
Xatırladaq ki, fevralın 13-də də Ermənistan-Gürcüstan sərhədində zəlzələ qeydə alınıb. Yeraltı təkanların gücü 6-7 bal təşkil edib. Fevralın 14-nə olan məlumata görə, 165 afterşok qeydə alınıb. Sərhəddə növbəti zəlzələ fevralın 19-da baş verib.
Son xəbərlər
Son Xəbərlər