Ermənistanla ikinci görüş üçün niyə Vyana seçildi?

ermenistanla-ikinci-gorus-ucun-niye-vyana-secildi
Oxunma sayı: 1847

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla normallaşma prosesini müzakirə edən iki ölkənin xüsusi nümayəndələrinin ikinci görüşünün niyə Vyanada keçirilməsinə münasibət bildirib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirin sözlərinə görə, fevralın 24-də keçiriləcək görüşün Vyanada keçirilməsini Ermənistan istəyib.

“Onlar ikinci görüşün ya Vyanada, ya da Cenevrədə keçirilməsini təklif etdilər. 2009-cu ildə Cenevrədə uğursuz bir proses oldu, eyni vəziyyətin davam etməməsi üçün Vyana ilə bağlı qərar verildi”, - Çavuşoğlu qeyd edib.

Nazir əlavə edib ki, 11-13 mart tarixlərində keçiriləcək Antalya Diplomatiya Forumuna Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan, İsraildən isə xarici işlər naziri Yair Lapid, enerji naziri dəvət olunub. Ancaq iştirakla bağlı hələlik heç bir təsdiq alınmayıb.

Qeyd edək ki, Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan arasında ikinci görüş fevralın 24-də Vyanada keçiriləcək.